Hacıqabulda qadın yağış suyunda boğuldu
11
11:45 - 15 Aprel 2025

Hacıqabulda qadın faciəvi şəkildə ölüb.
TNS Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Ə.Vahid küçəsindəki fərdi evdə baş verib.
70 yaşlı Zenfira Əlişirin qızı Məmmədova yaşadığı evin zirzəmisinə yığılmış yağış suyuna düşərək boğulub.
Evin zirzəmisinə yağış və qrunt sularının dolduğu bildirilir. Mərhum ruhi xəstə olub.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.