Close

Avtomobil azyaşlını vurdu, vəziyyəti ağırdır

Axşam radələrində Şəki şəhər ərazisində azyaşlının vurulması ilə bağlı yol-nəqliyyat hadisəsi qeydə alınıb.

TNS xəbər verir ki, Şəki şəhər sakini İftixar Abdulqədirov idarə etdiyi “Mersedes” markalı avtomobillə yolu keçən 2016-cı il təvəllüdlü T.Fəttahovu vurub. Doqquz yaşlı məktəbli aldığı xəsarətlərdən Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlər uşağın vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı Şəki şəhər-rayon polis şöbəsində araşdırma aparılır.