Gömrük postunda dərman preparatları aşkar edildi
12
16:18 - 14 Aprel 2025

Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən TNS-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən müxtəlif adlarda - 1390 qutu, 240 konvalyut dərman preparatları aşkar edilib.