Close

Bulvarda bir nəfər dənizə düşdü

Bakı şəhəri, Dənizkənarı Milli Parkda bir nəfər dənizə düşüb.

TNS xəbər verir ki, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.az-a verilən açıqlamada hadisə yerinə dalğıc-axtarış qrupunun cəlb edildiyi açıqlanıb.

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizə düşməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib”, - məlumatda vurğulanıb.