Close

3 maşın toqquşdu - Dəhşətli görüntülər - VİDEO

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi olub.

TNS-in yerli müxbirinin məlumatına görə, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb.

Bildirilib ki, qəza iki minik və bir yük maşınının toqquşması ilə baş verib.

Hərəkətdə olan "Mercedes" Axor və "Mercedes" markalı minik maşını "Chevrolet" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" markalı minik maşınının sürücüsü Xaspolad Tağıyev müxtəlif dərəcəli xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.