Close

Əvvəl maşını, sonra evi yandı - VİDEO

Mingəçevirdə avtomobildə baş verən yanğın yaşayış evinin yanmasına səbəb olub.

TNS-in yerli müxbirinin məlumatına görə, hadisə ötən gecə Mingəçevir şəhər Bahar küçəsi 17 ünvanında qeydə alınıb.

Şəhər sakini Tərlan Umarovun həyətindəki ona məxsus “OPEL” markalı avtomobil anidən yanmağa başlayıb, sonra alov 3 otaqlı evə keçib. Ev sahibəsi Qənirə Kərimovanın sözlərinə görə, yanğın zamanı qızı uşaqları ilə evdə olub. Xoşbəxtlikdən ailə üzvlərindən xəsarət alan olmayıb. 3 otaqlı ev isə əşyalarla birlikdə tamamilə yanıb. FHN-nin Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşları hadisə yerinə cəlb olunub və yanğının qonşu evlərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanıb.

WhatsApp_Image_2025-04-14_at_09-46-46