Azərbaycanın 2 rayonunda yanğın - VİDEO
13
09:56 - 14 Aprel 2025

Goranboy rayonunun Gülməmmədli və Ucar rayonunun Qazıqumlaq kəndlərində açıq ərazidə yanğın baş verib.
TNS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Goranboy və Ucar rayon Yanğından Mühafizə hissələrinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.