Close

İki maşın toqquşdu - Sürücülər xəsarət aldı - FOTO + YENİLƏNİB

Ağdamda VAZ avtomobillərin toqquşması zamanı xəsarət alan sürücülərin kimliyi məlum olub.

TNS-in yerli müxbirinin məlumatına görə, VAZ 21011 markalı 02 BB 272 dövlət nömrəli minik maşını sahibi Baharlı qəsəbə sakini Cavadov Elnur Nadir oğlu və VAZ 21015 markalı 02 BU 095 dövlət nömrəli avtomobilin sürücüsü Bənövşələr qəsəbəsi sakini İsmayılov İldırım İsa oğludur.

17:58

Ağdamda VAZ markalı avtomobillər toqquşub. 

TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Bənövşələr qəsəbəsində baş verib.

Hərəkətdə olan VAZ 21011 markalı "02 BB 272" dövlət nömrəli minik maşını qarşıdan gələn VAZ 21015 markalı "02 BU 095" dövlət nömrəli avtomobillə toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarət alıb. Hadisə yerinə çağrılan təcili tibbi yardım əməkdaşları hər iki sürücünü Ağdam Mərkəzi Rayon Xəstəxanasına aparıb.

Faktla bağlı araşdırma aparılır.

5467752286072728987