Close

23:20
14 Aprel 2025

Oynayırdı, it üzünü dişlədi - 4 yaşlı oğlan xəstəxanada

Ağdamda azyaşlı it hücumuna məruz qalıb.

TNS-in yerli müxbirinin məlumatına görə, hadisə rayonun Qərvənd qəsəbəsində baş verib.

Qəsəbə sakini 2021 təvəllüdlü H. S. küçədə oynadığı zaman it ona hücum edib. S. Hüseynov üz nahiyəsindən yara alıb. Azyaşlı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Ona ikin yardım göstərilib, sonra isə Bərdə Diaqnostika Mərkəzinə göndərilib.