Close

İtkin düşən 10 yaşlı oğlan tapıldı

Bakıda itkin düşən 4-cü sinif şagirdi tapılıb.

TNS-in məlumatına görə, Əlizadə Ayxan Zəfər oğlu sonuncu dəfə Sarayevo küçəsi istiqamətində, Neapol dairəsi və 171 nömrəli məktəbin yaxınlığında görülüb.

Yaxınları hadisə ilə bağlı polisə müraciət ediblər.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, azyaşlı barəsində axtarış elan olunub. Axtarış nəticəsində azyaşlı Xətai RPİ-nin əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.