Qadın “TikTok”da mübahisə etdiyi qazini bıçaqladı - FOTO-YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bərdədəki hadisə ilə bağlı açıqlama yayıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan TNS-ə verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
21:00
Bərdədə “TikTok”da baş verən mübahisə bıçaqlanma ilə bitib.
TNS-in yerli müxbirinin məlumatına görə, 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova “TikTok” sosial şəbəkəsində mübahisə etdiyi 1992-ci il təvəllüdlü Ceyhun Mübariz oğlu Zeynalova bıçaq zərbəsi vurub.
Yaralı Bərdə mərkəzi xəstəxanasına yerləşdirilib. T.Hüseynova təqsirləndirilən şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəsarət alan şəxsin Vətən müharibəsi qazisi olduğu deyilir.
Ziya Əmirxanlı