Close

23:04
12 Aprel 2025

Azərbaycanda növbəti zəlzələ baş verdi

Pirqulu stansiyasından 23 km şimal-qərbdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

TNS xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib.

Məlumata əsasən, zəlzələ 3,2 maqnitudada qeydə alınıb, zəlzələ ocağı 3 kilometr dərinlikdə yerləşib. 

Zəlzələ hiss olunmayıb.