İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi - Vəziyyəti kafidir
21
10:36 - 11 Aprel 2025

Gəncədə qadın özünə xəsaərət yetirib.
TNS APA-ya istinadla məlumat verir ki, hadisə Gəncə Dövlət Universitetinin əsas binasında qeydə alınıb.
1988-ci il təvəllüdlü G.Məmmədova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə G.Məmmədova GDU-nun dəftərxanasının əməkdaşı olub. Onun özünə xəsarət yetirməsinə səbəb isə xəbəriz işdən çıxarılmasıdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.