Anasını Suqovuşanda bıçaqladı - YENİLƏNİB

Suqovuşanda bıçaqlanan qadının vəziyyəti açıqlanıb.
Tərtər Mərkəzi Xəstəxanasının cərrahı Mübariz Mahmudov TNS-in yerli müxbirinə bildirib ki, xəstə 1976-cı il təvəllüdlü Ələkbərova Məhbubə Tərtər Mərkəzi Rayon Xəstəxanasının Acil şöbəsinə gətirilib:
"Daxil olarkən sağ döş qəfəsinin dəlib keçən bıçaq yarası diaqnozu təyin edilib. İlkin yardım göstərilib, rentgen olunub. KT müayinəsindən keçirilib. Məlum olub ki, düşmən qəfəsinə keçən kəsilmiş-deşilmiş bıçaq yarasıdır. Yaralı M. Ələkbərovanın döş qəfəsinə yığılan qanın miqdarı az olduğu üçün stabil vəziyyətdə yerləşdirilib, oradan da reanimasiya şöbəsinə. Hazırda müalicə tədbirləri davam etdirilir. Xəstənin vəziyyəti stabildir".
20:34
Ağdərə rayonunda oğul anasını bıçaqlayıb.
TNS-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayonun Suqovuşan kəndində baş verib.
Ələkbərova Məhbubə Əyyub qızı oğlu tərəfindən bıçaqlanıb.
Hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Ziya Əmirxanlı