Bakı-Quba yolunda qəza - VİDEO
18
20:08 - 10 Aprel 2025

Bakı-Quba yolunda yük avtomobili betona çırpılaraq radarı yararsız hala salıb.
TNS-in məlumatına görə, hadisə Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində baş verib.
99-YE-159 dövlət nömrə nişanlı yük avtomobili idarəetməni itirərək beton maneəyə çırpılıb. Sonra avtomobil yolda quraşdırılan radarı aşırıb. Nəticədə sürücü xəsarət alıb, nəqliyyat vasitəsinə və radara ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.