Close

47 yaşlı kişini evakuator vuraraq öldürdü

Ağdamda 47 yaşlı kişini evakuator vuraraq öldürüb.

TNS-in yerli müxbirinin xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun 4 Yol 2 qəsəbəsi ərazisində baş verib.

Hərəkətdə olan "Isuzu" markalı evakuator yolu keçən Ağdam rayon Güllücə kənd sakini 1978-ci il təvəllüdlü Qurbanov Məhəmməd Yunus oğlunu vurub. Nəticədə M.Qurbanov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma başlanılıb.

Ziya Əmirxanlı