VAZ 2106 külə döndü - VİDEO
67
15:07 - 08 Aprel 2025
Ağdamda VAZ 2106 yanıb.
TNS-in yerli müxbirinin xəbərinə görə, yanğın rayonun Quzanlı qəsəbəsi ərazisində baş verib.
Yol kənarında avtomobildə ayaqqabı təmiri ilə məşğul olan rayon sakininə məxsus minik maşını anidən alışıb. Yanğın baş verən minik avtomobili yararsız hala düşüb.
Hadisə yerinə FHN-nin yanğınsöndürən əməkdaşları gələrək yanan avtomobili söndürərək yaxınlıqdakı avtomobillərə keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı