Close

İtkin düşən balıqçılardan birinin meyiti İrandan gətirilərək dəfn olundu

Bir neçə ay əvvəl Lənkəran sahillərində itkin düşmüş balıqçının cənazəsi İrandan Azərbaycana gətirilərək ailəsinə təhvil verilib.

TNS APA-ya istinadən xəbər verir ki, Lənkəran rayon Siyavar kənd sakini, balıqçı Mahmud İbayevin meyiti yaşadığı kəndin qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunması barədə məlumat yayılıb.

Xatırladaq ki, bu il yanvarın 13-də balıqçılar, 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşüb.

Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb.