Bakıda marşrut avtobusu zəncirvari qəza törətdi
10
19:20 - 07 Aprel 2025

Bu gün saat 15 radələrində paytaxtın Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
TNS "Qafqazinfo"ya istinadla xəbər verir ki, Ziya Bünyadov prospektinin Ayna Sultanovanın heykəlinin yaxınlığından keçən hissəsində 67 saylı marşrut xəttinin avtobusu bir neçə minik avtomobili ilə toqquşub. Nəticədə 4 avtomobilə zərər dəyib.
Hadisə yerinə polis əməkdaşları gəliblər.
Qəzanın səbəbi araşdırılır.