Cəbrayılda minaya düşən şəxsin sol ayağı amputasiya edildi
13
16:11 - 07 Aprel 2025

TƏBİB Cəbrayılda minaya düşən ANAMA əməkdaşının vəziyyətini açıqlayıb.
TNS xəbər verir ki, qurumun məlumatına görə, aprelin 6-da saat 10:15 radələrində Cəbrayıl rayonu Mehdili kəndində baş verən partlayış nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü kişi xəsarət alıb.
Yaralı Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub, ona sol aşağı baldır oynağı və ayaq səviyyəsində travmatik amputasiya diaqnozu təyin edilib.
Məlumatda qeyd edilib ki, pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.