Çağırışa gedən həkim bıçaqlandı
27
13:40 - 07 Aprel 2025

Daşkəsəndə çağırışa gedən həkim xəstə tərəfindən hücuma məruz qalıb.
TNS “Unikal”a istinadla xəbər verir ki, Xoşbulaq kəndinə çağırışa gedən Daşkəsən Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 1991-ci il təvəllüdlü A. Abbaslıya xəstə bıçaqla xəsarət yetirib.
Barmağından yaralanan həkimə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir.
İlkin məlumata görə, hadisəni Xoşbulaq kənd sakini 28 yaşlı Ş.Əliyev törədib. Onun Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.