"Melissa Group"un rəhbəri həbs qərarından apellyasiya şikayəti vermədi

Vətəndaşın evinin qanunsuz sökülməsi ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov barəsindəki qərardan apellyasiya şikayəti verməyib.
TNS Report-a istinadla xəbər verir ki, Q. Məmmədovla birgə həbs edilən ekskovator sürücüsü Qala Eynullayev də rəhbəri kimi şikayətçi olmayıb.
Belə ki, hər iki şəxs barəsində Xətai rayon Məhkəməsi tərəfindən hər biri barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onların qərar qəbul edilən gündən 3 gün ərzində şikayət vermə hüququna malik olub.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, birinci instansiya məhkəməsində Qalib Məmmədov barəsində həbs qətimkan tədbiri ilə əlaqəli təqdimata baxılarkən ev dustaqlığına çıxmaqla bağlı vəsatət vermişdi, lakin məhkəmə vəsatəti təmin etməmişdi.