Maneədən qaçmaq istədi, hasara çırpıldı - VİDEO
19
13:15 - 07 Aprel 2025

Bu gün səhər saatlarında 197 nömrəli marşrut xəttində işləyən "Daewoo" markalı 10 TG 377 qeydiyyat nişanlı avtobus qəza törədib.
TNS xəbər verir ki, avtobus Suraxanı rayonu ərazisində hərəkət edərkən qarşısına qəflətən minik avtomobili çıxıb.
Sürücü Məmmədov Rövşən Hümbət oğlu maneədən qaçmaq üçün avtobusu kənara çəkmək istədikdə yolun kənarında hasara dəyərək müəssisəyə yüngül ziyan vurub.
Hadisə vaxtı avtobusda sürücüdən başqa heç kim olmayıb.