DİN-dən xəbərdarlıq: "Dələduzlar orijinal oxşar dizaynla tələ saytları yaradırlar"

Dələduzlar orijinala oxşar dizaynla tələ saytları, kredit təşkilatlarının saxta saytlarını yaradırlar.
TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
“Fişinq saytlarını ilk baxışdan orijinaldan ayırmaq çətindir, lakin bu mümkündür. Ünvanın https ilə başladığına əmin olun, domen adında hərflərə və rəqəmlərə diqqət edin. Həmin saytların tələb etdiyi qaydalar ilə məbləğindən asılı olmayaraq onlayn ödəniş etsəniz şəxsi məlumatlarınız oğurlanacaq. Məsələn, "I" yerinə "1" və ya "o" hərfi yerinə "0" kimi aldatmaların olub-olmadığını yoxlayın”, - E.Hacıyev qeyd edib.