Füzulidə ev yanıb
18
16:01 - 04 Aprel 2025

Füzuli rayonunun İkinci Mahmudlu kəndində yanğın olub.
TNS FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.