Close

Ötən gecə qəzada yaralanmışdı, öldü - VİDEO

Ötən gecə Biləsuvarda ağır yol nəqliyyat hadisəsi baş verib.

TNS xəbər verir ki, "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində ağır xəsarət alan sürücülərdən biri, Biləsuvar sakini 1989-cu il təvəllüdlü Rafiq Rəfail oğlu Əhmədov Şirvan Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.