Close

Beyləqanda avtomobil yanaraq kül oldu - FOTO-VİDEO

Beyləqanda "Mercedes" yanaraq yararsız hala düşüb.

TNS-in yerli müxbirinin əldə etdiyi xəbərə görə, hadisə Beyləqan şəhəri ərazisində baş verib.

Rayon sakini 1995-ci il təvəllüdlü Abbasov Cavid Vidadi oğluna məxsus "Mercedes E 220" markalı 10-BK-415 dövlət nömrə nişanlı avtomobil anidən yanmağa başlayıb. Hadisə yerinə FHN-nin Beyləqan rayon yanğınsöndürən əməkdaşları cəlb edilib. Yanğın söndürülərək yaxınlıqdakı avtomobil və tikililərə keçməsinin qarşısını alınıb.

Faktla bağlı araşdırma aparılır.

WhatsApp_Skil_2025-04-01_saat_22-25-38_30f0bf60

WhatsApp_Skil_2025-04-01_saat_22-25-37_b72cce67

WhatsApp_Skil_2025-04-01_saat_22-25-37_b322b1b0

WhatsApp_Skil_2025-04-01_saat_22-25-37_1a806253

 

Ziya Əmirxanlı