Close

18:50
02 Aprel 2025

Sumqayıtda sürücü cərəyan vurması nəticəsində öldü

Sumqayıtda 55 yaşlı sürücü bədbəxt hadisə nəticəsində ölüb.

TNS xəbər verir ki, hadisə “Yaşma bağları” ərazisində qeydə alınıb.

1970-ci il təvəllüdlü İldırım Sultanov idarə etdiyi yük maşınını yolun kənarında saxlayıb. Maşının banını qaldırarkən ban yüksək gərginlikli elektrik xəttinə toxunub. Sürücü cərəyan vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.