Beyləqanda qəza - Xəsarət alan var - FOTO-VİDEO

Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi zamanı 41 yaşlı kişi xəsarət alıb.
TNS-in yerli müxbirinin məlumatna görə, hadisə rayonun Birinci Şahsevən kəndi ərazisində baş verib.
Rayon sakini, 1984-cü il təvəllüdlü Baxşəliyev Amil Gürşad oğlunun idarə etdiyi avtomobil hərəkətdə olarkən qarşısına heyvan çıxıb. Sürücünün saxlaya bilmədiyi avtomobil heyvana dəyib. Nəticədə A. Baxşəliyev xəsarət alaraq, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona baldırın çoxsaylı sınıqları, aşıq-baldır oynağı və ayağın digər dəqiqləşdirilməmiş travmaları diaqnozu təyin edilib. İlkin tibbi yardım göstərilərək Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub.
Faktla bağlı araşdırma başlanıb.
Ziya Əmirxanlı