Close

18:50
02 Aprel 2025

Ağcabədidə ağır qəza: Xocavənd sakinləri yaralandı

Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi olub.

TNS-in yerli müxbiri xəbər verir ki, hadisə Bəhrəmtəpə-Hindarx yolunun Ağcabədi rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı dəmir məhəccərə çırpılıb. Nəticədə avtomobildə olan 4 nəfər - Ağcabədi rayon Xocavənd kənd sakinləri, 1974-cü il təvəllüdlü Mamedov Elyas Feyruz oğlu, 1988-ci il təvəllüdlü Ağayev Rahib Xəlil oğlu, 1968-ci il təvəllüdlü Hüseynov Əlvan Fikrət oğlu və 1977-ci il təvəllüdlü Quliyev Etibar Asif oğlu müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı