Məmmədli kəndində avtomobildə yanğın baş verib
15
17:00 - 31 Mart 2025

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndi ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Bu barədə TNS-ə FHN-dən məlumat verilib.
Yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb, xəsarət alan olmayıb.