Close

13:45
01 Aprel 2025
12:50
01 Aprel 2025
12:43
01 Aprel 2025
12:29
01 Aprel 2025

İki uşaq anası sirkə içdi: vəziyyəti ağırdır

Mingəçevirdə 2 uşaq anası olan 24 yaşlı qadın ehtiyatsızlıqdan sirkə içib, vəziyyəti ağırdır.

TNS-in yerli müxbirinin əldə etdiyi məlumata görə, Mingəçevir şəhəri 5 saylı dəmir beton zavodunda məskunlaşan, əslən Kəlbəcər rayonundan olan 2001-ci il təvəllüdlü Quliyeva Zərnişan Rizvan qızı gecə 23 radələrində ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərlənib.

Ailə üzvləri Z.Quliyevanı Mingəçevir şəhər xəstəxanasına çatdırıb. Xəstəxananın Acil şöbəsinə yerləşdirilən qadına ilkin tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma başlanıb.

Ziya Əmirxanlı