Close

23:40
01 Aprel 2025

Ağstafada qəza oldu, tələbə öldü - FOTO-VİDEO

Ağsrafada yol qəzası baş verib. 

TNS-in yerli müxbirinin məlumatına görə, qəza rayonun Xətai kəndi ərazisində baş verib.

2005-ci il təvəllüdlü Elin Mamayevin idarə etdiyi “Mercedes” markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Hadisə yerinə gələn təcili tibbi yardım və FHN-nin xilasedici qrupu Elin Mamayevin meyitini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib.

E.Mamayevin Bakı Dövlət Unverstetinin Qazax filialının 3-cü kürs tələbəsi olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

34d5d782-e4bb-4600-9c8d-a17c082c6771 ade65d73-944e-4d4e-8335-ef692bba3a38 f8f10336-6f2b-4858-930a-9287e8e948fd

Ziya Əmirxanlı