Kanalda batan qızın meyiti 10 gün sonra tapıldı - VİDEO

Bərdədə kanalda batan 17 yaşlı qızın meyiti 10 gün sonra tapılıb.
TNS-in yerli müxbirinin xəbərinə görə, 19 mart tarixində Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat verilib.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirib.
Bu gün kanalda batan Bərdə rayon sakini 2008-ci təvəllüdlü Xəlilova Gülçin Cəfər qızı Qarabağ kanalının 2 km məsafədə aralıdan rayonun Əyricə kəndi ərazisindən polis əməkdaşları tərəfindən tapılıb.
G.Xəlilovanın meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.
Ziya Əmirxanlı