Laçınlı tələbə Naxçıvanda öldü
30
14:59 - 29 Mart 2025

Laçın rayonundan olan tələbə Naxçıvanda dəm qazından boğularaq ölüb.
TNS "Report"a istinadla xəbər verir ki, hadisə Naxçıvan şəhəri 28 may küçəsində baş verib.
Bildirilib ki, Laçın rayonundan olan 2003-cü il təvəllüdlü Toğrul Vidadi oğlu Verdiyev kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Qeyd edək ki, o, Naxçıvan Müəllimlər İnstitutunun magistratura səviyyəsi üzrə 1-ci kurs tələbəsi idi.
Faktla bağlı araşdırma aparılır.