Close

Lənkəranda ağır qəza: Yaralılar var

Lənkəranda idarəetməni itirən avtomobil yol kənarındakı çuxura düşüb, xəsarət alanlar var.

TNS Trend-ə istinadla xəbər verir ki, hadisə Lənkəran rayonunun Xanbulan kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “VAZ-21011” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı çuxura düşüb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər - Astara rayon sakinləri 2005-ci il təvəllüdlü Zamiq İsmayıl oğlu Rəhmətzadə, 2001-ci il təvəllüdlü Ramiq Vaqif oğlu Həsənzadə və Lənkəran rayon Göyşaban kənd sakini 2006-cı il təvəllüdlü Məriyyəm Ceyhun qızı Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib.

Faktla bağlı araşdırma aparılır.