Close

Geyimin ödənişini etməyib satıcını hədələdi

Abşeron rayonunda quldurluq edən şəxs saxlanılıb.

Bu barədə TNS-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin oradan götürdüyü geyimlərə görə ödəniş etməməsi və satıcını kəsici-deşici alətlə hədələməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı S.Həmidov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.