Traktor və minik avtomobili toqquşdu: xəsarət alan var

Beyləqanda traktor və minik avtomobili toqquşub, xəsarət alan var.
TNS-in yerli müxbirinin məlumatına görə, yol-nəqliyyat hadisəsi Beyləqan-Daşburun avtomobil yolunun Əlinəzərli kəndi ərazisindən keçən hissəsində baş verib.
"Niva" markalı avtomobil traktorun aqreqat qoşqusuna çırpılıb. Hadisə nəticəsində xəsarət alan şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, 1 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 1944-cü il təvəllüdlü şəxsə bazu sümüyünün aşağı ucunun mil-dirsək sümüyünün yerdəyişmiş açıq sınığı diaqnozu təyin edilib. Vətəndaş müayinə və müalicədən imtina edərək yaxınları tərəfindən paytaxtdakı özəl tibbi müəssisələrinin birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı