Close

Azərbaycanda zəlzələ oldu

İmişlidə 3.4 maqnitudalı zəlzələ olub.

TNS xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Saatlı stansiyasından 11km şimalda, İmişlidə zəlzələ qeydə alınıb.

Yerli vaxtla 14:42-də, 53 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.