Close

19:40
30 Mart 2025

Qəzaya düşən yaralıların son vəziyyəti - YENİLƏNİB

Bu gün saat 10:30 radələrində 6 nəfər (1-i kişi, 5-i qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TNS xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri isə stabil qiymətləndirilir.

12:44

Yevlaxda mikroavtobusla minik maşını toqquşub.

TNS xəbər verir ki, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata görə, mikroavtobusla VAZ markalı avtomobilin toqquşması nəticəsində azı 6 nəfər xəsarət alıb.

Zərərçəkənlər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.