27 yaşlı kişini elektrik cərəyanı vurdu - FOTO
31
23:41 - 27 Mart 2025

Xankəndidə 27 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb.
TNS-in yerli müxbirinin əldə etdiyi məlumata görə, 1998-ci il təvəllüdlü Abidov Amin İlqar oğlu transformatordan naqil kəsərkən elektrik cərəyanı onu vurub.
Nəticədə A.Abidov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma başlanıb, meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə şöbəsinə aparılıb.
Məlumata görə Abidov Amin Bərdə sakinidir və Ağcabədidə yaşayırmış.
Ziya Əmirxanlı