Sərnişin avtobusu minik avtomobili ilə toqquşdu, xəsarət alanlar var
154
16:30 - 27 Mart 2025

Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var.
TNS-in məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
Belə ki, şəhərdaxili sərnişin daşıyan mikroavtobusla "Toyota" markalı avtomobilin toqquşması nəticəsində Daşkəsən rayon sakinləri, 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.