Cəlilabadda qəza: Ölən və yaralanan var
92
13:19 - 27 Mart 2025

Cəlilabad rayonunda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib.
TNS "Unikal"a istinadla xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı iki minik avtomobili toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb və bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.