Close

Hotel yandı, ölənlər var - VİDEO + YENİLƏNİB

Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hoteldə baş vermiş yanğın söndürülüb.

TNS xəbər verir ki, yanğın zamanı 2 nəfərin öldüyü bildirilir.

09:59

Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən "Kervansaray" hoteldə yanğın baş verib.

TNS xəbər verir ki, yanğın qısamüddətdə genişlənərək binaya yayılıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb edilib.

Bursa Böyükşəhər Bələdiyyə sədri Mustafa Bozbey yanğında 1 nəfərin öldüyünü, 4 nəfərin isə xilas edildiyini açıqlayıb.

Xatırladaq ki, Bolu vilayətinin Kartalkaya rayonunda yanvarın 21-də baş verən yanğın nəticəsində 78 nəfər həlak olub, 50-yə yaxın insan xəsarət alıb. Ölkədə matəm elan edilib.