Close

19:40
30 Mart 2025

Zaqatalada kafel sexi yandı

Zaqatalada yanğın qeydə alınıb.

TNS xəbər verir ki, yanğın rayonun Sumaylı kəndi ərazisindəki kafel sexində baş verib.

Sex 1973-cü il təvəllüdlü Hüseynov Mübariz Hüseyn oğluna məxsus olub.

Yanğın yerinə Zaqatala rayon YMH-nin yanğınsöndürənləri cəlb olunub. Hadisə zamanı ümumi sahəsi 90 m² olan sexin 40 m² çardağ hissəsi yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.