Bakıda 61 yaşlı kişi özünü binadan atdı
69
18:50 - 26 Mart 2025

Bakıda növbəti intihar qeydə alınıb.
TNS Lent.az-a istinadən xəbər verir ki, hadisə martın 21-də Nizami rayonunda baş verib.
Rayonun Qara Qarayev prospekti 93, mənzil 11 ünvanında yaşayan 61 yaşlı Qamət Baba oğlu Əməşov özünü binadan atıb. Onun hadisə yerindəcə öldüyü bildirilir.
İntiharın səbəbləri məlum deyil.
Hadisə ilə bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.