Close

Həkim dəm qazından boğularaq öldü

Tovuz rayonunda qadın dəm qazından boğularaq ölüb.

TNS xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində baş verib.

42 yaşlı kənd sakini K.Əmrahova hamam otağında olarkən dəm qazından zəhərlənərək ölüb.

K.Əmrahovanın həkim olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.