Close

Atası evinə qonaq gedirdi, qəza törətdi - VİDEO

Bakıdan Tərtərə atası evinə qonaq gələn şəxs qəza edib.

TNS-in yerli müxbiri xəbər verir ki, qəza ötən gün rayonun Qazyan kəndində baş verib.

Paytaxtda yaşayan Fariz adlı şəxs atası evinə qonaq gəlibmiş. Kənd ərazisində yüksək sürətlə idarə etdiyi "Chevrolet" markalı 77 YV 418 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə yol kənarındakı qaz durbasına çırpılıb. Qəza zamanı sürücü yüngül xəsarət alsa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı