Bakıda qəza oldu, işıqfor yararsız hala düşdü
8
01:08 - 25 Mart 2025

Binəqədi rayonu, Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qəza nəticəsində 1 ədəd işıqfor obyekti yararsız vəziyyətə düşüb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıradan çıxan işıqforun yenisi ilə əvəz edilməsi işləri görüləcək.