Bakıda silsilə oğurluq etmişdilər, saxlanıldılar

Xətai rayonu ərazisində 3 avtomobildən 1600 manat pul vəsaiti, bank kartları və 60 manat dəyərində zinət əşyası oğurlanıb.
TNS xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı N.Eminov və 38 yaşlı Ə.İsmayılov müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, Yasamal rayonu ərazisində noutbuk, televizor və içərisində 500 manat dəyərində geyim əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı E.Vəlibəyov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar aparılır.